BAKI, 25 avqust. TELEQRAF

Avropa İttifaqına (Aİ) qoşulmaq Serbiyanın əsas xarici siyasət hədəfi olaraq qalır.

Teleqraf xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç “Euronews” telekanalına müsahibəsində bildirib.

Vuçiç deyib: “Ölkəmiz Avropaya inteqrasiya istiqamətində kursunu və lazımi islahatları davam etdirəcək. Aİ-yə üzvlük prioritet olaraq qalır, çünki ölkəmiz Avropaya aiddir".