BAKI, 24 avqust. TELEQRAF

Türkiyənin iki bögəsində güclü meşə yanğınları başlayıb.

Teleqraf “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Dənizlinin dünyaca məşhur turizm bölgəsi Pamukkaledə və Malatyanın Doğanyol rayonunda havadan və qurudan intensiv yanğınsöndürmə işləri aparılır.

Pamukkaledə yanğın xəbərdarlığından sonra əraziyə 3 təyyarə, 11 helikopter, 50 su maşını və 307 canlı qüvvə göndərilib. Yanğını nəzarət altına almaq üçün səylər davam etdirilir.

Malatyanın Doğanyol bölgəsində də meşə yanğınının qarşısının alınması üçün əraziyə xeyli qüvvə cəlb olunub.