BAKI, 21 avqust. TELEQRAF

"NATO-dakı kimi" adlandırılan təhlükəsizlik zəmanətləri, əslində Avropa ölkələrinin Ukraynanı müdafiə etmək üçün birbaşa öhdəliyini nəzərdə tutmayacaq.

Teleqraf xəbər verir ki, bu barədə “Bloomberg” mənbələrə istinadən yazır.

Bildirilir ki, sözügedən variant əslində Ukrayna ilə ikitərəfli sazişlər imzalayan ölkələri, Rusiyanın yenidən hücumu olarsa, 24 saat ərzində Kiyevə hərbi dəstək verib-verməməyi müzakirə aparmağa məcbur edəcək.

Mənbələrin sözlərinə görə, bu hərbi dəstək Kiyevə sürətli və davamlı müdafiə dəstəyini, iqtisadi yardımı, Ukrayna Silahlı Qüvvələrinin gücləndirilməsini, həmçinin Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini əhatə edə bilər. Lakin bu dəstəyin Ukraynaya kömək üçün xarici qoşunların göndərilməsini əhatə edib-etməyəcəyi aydın deyil.

Qeyd edək ki, hazırda bu variantın Qərb tərəfdaşları tərəfindən müzakirə olunduğu iddia edilir.