BAKI, 26 iyul. TELEQRAF

Türkiyədə kürdyönümlü DEM partiyasının İmralı heyəti PKK terror təşkilatının lideri Abdullah Öcalanla görüşüb.

Teleqraf xəbər verir ki, heyət bu barədə açıqlama yayıb.

Qeyd olunub ki, 3 saat yarım sürən görüşdə Prezident Rəcəb Tayyib Ərdoğan, ədliyyə naziri Yılmaz Tunç və siyasi partiya lideri ilə görüş və müzakirələr diqqətdə saxlanılıb.

Həmçinin PKK-nın 11 iyulda silahların məhv edilməsi mərasiminin təəssüratları ilə bağlı məlumatlar çatdırılıb.

Öcalan sülh üçün iradə, inam və əzmin vacibliyini vurğulayıb.