BAKI, 23 iyul. TELEQRAF
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə aparılan danışıqlarda iştirak edən nümayəndə heyətinin tərkibini genişləndirib.
Teleqraf xəbər verir ki, yeni imzaladığı qərara əsasən, heyətin üzvlərinin sayı 12-dən 14-ə çatdırılıb.
Qeyd edək ki, bu gün Türkiyənin İstanbul şəhərində Ukrayna ilə Rusiya arasındakı danışıqların üçüncü turu keçiriləcək.