BAKI, 18 iyul. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenskiyə deyib ki, Ukrayna müdafiədə qalmaqla müharibənin gedişatını dəyişə bilməz və hücuma keçməlidir.

Teleqraf xəbər verir ki, bu barədə "The Washington Post" qəzeti məlumat yayıb.

Məlumata görə, iyulun 4-də keçirilmiş telefon danışığı zamanı Tramp Zelenskiyə deyib ki, Ukrayna ancaq hücumla irəliləyiş əldə edə bilər.

Bundan əlavə, Tramp Zelenskidən soruşub ki, Ukrayna Moskva və ya Sankt-Peterburqa zərbə endirə bilərmi.

"Zelenskinin cavabı belə olub: "Əgər uyğun silah olsa, mümkündür", - məlumatda deyilir.