BAKI, 14 iyul. TELEQRAF

Ukraynaya NATO xətti ilə çatdırılacaq yeni hərbi yardım paketinin dəyəri milyardlarla dollar olacaq.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp NATO-nun baş katibi Mark Rutte ilə Ağ Evdə keçirdiyi görüş zamanı danışıb.

“Bu bəyanatın məqsədi ondan ibarətdir ki, biz çox böyük bir razılaşma əldə etmişik. ABŞ-dən milyardlarla dollar dəyərində hərbi texnika alınacaq, NATO və digər müttəfiqlər vasitəsilə tezliklə döyüş meydanına çatdırılacaq. Ukrayna bu texnikanı qəbul edəcək",- o qeyd edib.