​BAKI, 27 iyun. TELEQRAF

Rusiya Federasiyası və Ukraynanın memorandumlarının bir-birinə zidd olması gözlənilən idi.​

Teleqraf xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Minskdə Avrasiya İqtisadi İttifaqı (Aİİ) sammiti çərçivəsində keçirilən mətbuat konfransında deyib.

"Gözlənilməz heç nə baş verməyib. Mən sizə gözlənilməz heç nə deməyəcəyəm. Bunlar tamamilə əks olan iki memorandumdur", - V.Putin bildirib.