BAKI, 27 iyun. TELEQRAF

Yunanıstanın paytaxtı Afinanın cənub-şərqindəki Palea Fokia bölgəsində meşə yanğını baş verib.

Teleqraf xəbər verir ki, alovun yaşayış məntəqələrinə keçməsi nəticəsində bəzi evlərə ziyan dəyib.

Sunio yolu tamamilə nəqliyyata bağlanıb.

Yunanıstan Mülki Müdafiə Baş Katibliyi bölgə sakinlərinin cib telefonlarına mesaj göndərərək, bəzi yaşayış məntəqələrinin boşaldılması barədə xəbərdarlıq edib.

Havadan və qurudan yanğınların söndürülməsi davam etsə də, indiyədək ölən və yaralananlar barədə məlumat yoxdur.