BAKI, 25 iyun. TELEQRAF

“NATO-nun hərbi xərcləri son 10 ildə Donald Trampın sayəsində bir trilyon dollar artıb”.

Teleqraf xəbər verir ki, bunu NATO-nun baş katibi Mark Rutte Niderland kralının ev sahibliyi ilə Haaqada sammit iştirakçıları üçün keçirilən qala-ziyafətdə çıxışı zamanı deyib.

Baş katib bildirib: "Son 10 ildə NATO-nun hərbi xərcləri ABŞ Prezidentinin sayəsində bir trilyon dollar artıb. Prezident Trampa bizi irəliyə sövq etdiyi üçün təşəkkür edirəm".