
BAKI, 18 iyun. TELEQRAF
İyunun 18-nə keçən gecə İran tərəfindən İsrail ərazisinə raket hücumları nəticəsində xəsarət alan 94 nəfər xəstəxanalara yerləşdirilib.
Teleqraf xəbər verir ki, bu barədə İsrailin Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, yaralılardan 1 nəfərin vəziyyəti orta-ağır, 85 nəfərin vəziyyəti qənaətbəxşdir. Üç nəfər psixoloji sarsıntı diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Nazirlik qeyd edib ki, raket hücumları zamanı yaralıların təxliyəsinə ehtiyac olmayıb. Zərərçəkənlərə təhlükəsiz sığınacaqlara gedərkən ilkin tibbi yardım göstərilib, eyni zamanda psixoloji dəstəyə ehtiyacı olanlara da yardım olunub.