BAKI, 5 iyun. TELEQRAF
Rusiya Prezidenti Vladimir Putin həqiqətən də ABŞ Prezidenti Donald Trampa Moskvanın Ukraynanın son hücumlarına cavab verəcəyini söyləyib.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Peskov təsdiqləyib ki, Putin Trampla söhbəti zamanı Moskvanın Kiyevə aerodromlara hücumlara cavab verəcəyini deyib.
“Bəli, həqiqətən belədir”,- o qeyd edib.