BAKI, 2 iyun. TELEQRAF
MDB Hökumət Başçıları Şurasının növbəti iclası iyunun 4-5-də Tacikistanın paytaxtı Düşənbə şəhərində keçiriləcək.
Teleqraf xəbər verir ki, hökumət başçıları MDB çərçivəsində iqtisadi-ticarət və mədəni-humanitar sahələrdə əməkdaşlığın inkişafının aktual məsələlərini müzakirə edəcəklər.
Görüşün yekunlarına əsasən bir neçə konsepsiya sənədinin təsdiqlənməsi, eləcə də MDB-yə üzv dövlətlərin ağır maşınqayırma sahəsinin inkişafında əməkdaşlıq haqqında Sazişin imzalanması nəzərdə tutulur. Həmçinin könüllülük hərəkatının inkişafı üçün hüquqi əsasın yaradılmasını nəzərdə tutan MDB Könüllülər Forumu haqqında Əsasnaməni qəbul etmək və MDB-yə üzv dövlətlərin dövlət və ictimai teleradio təşkilatları rəhbərlərinin Şurası haqqında Əsasnaməni aktuallaşdırmaq planlaşdırılır.