BAKI, 26 may. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putindən narazı olduğunu bildirib.
Teleqraf “Sky News” telekanalına istinadən xəbər verir ki, Amerika lideri jurnalistlərə açıqlamasında sərt fikirlər səsləndirib.
Ağ Ev rəhbəri deyib: “Putini çoxdan tanıyıram. Nə baş verib, bilmirəm. Həmişə onunla anlaşıram. Ukrayna şəhərlərini raketlərlə vurdurur, günahsız insanları öldürür. Ona nəsə olub və bu, xoşuma gəlmir".
Qeyd edək ki, mayın 25-nə keçən gecə Ukraynaya hücum zamanı ölənlərin sayı 12-yə, yaralıların sayı isə 60-a çatıb. Rusiya ordusu paytaxt Kiyev də daxil olmaqla bir sıra şəhərlərə 367 PUA və raket atıb. Yerli hakimiyyət orqanları ölənlər arasında Jitomir vilayətindən 3 uşağın olduğunu da açıqlayıb.