BAKI, 25 may. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp İkinci Dünya müharibəsində qələbəyə ən böyük töhfəni ABŞ-nin verdiyini bəyan edib.

Teleqraf xəbər verir ki, bu barədə o, Vest-Pointdə (Nyu-York ştatı) yerləşən ABŞ Hərbi Akademiyasının məzunları qarşısında çıxışı zamanı bildirib.

"Mən bir çox ölkələrin liderləri ilə danışmaq şərəfinə nail oldum. Onlar İkinci Dünya müharibəsində qazanılmış qələbəni qeyd edirdilər. Biz onlara çox kömək etdik. Bir neçəsinə isə lap çox kömək etdik", - o deyib.

Tramp həmçinin bu mövzuda Rusiya Prezidenti Vladimir Putinlə də danışdığını bildirib. Ağ Ev rəhbərinin sözlərinə görə, Qızıl Ordu müharibədə "51 milyon insan" itirib, qalib isə məhz ABŞ olub.