
BAKI, 19 may. TELEQRAF
Avropa İttifaqı (Aİ) ölkələri Rusiya Prezidenti Vladimir Putinlə ABŞ lideri Donald Tramp arasında telefon danışığından sonra Moskvaya qarşı sanksiyaların gücləndirilməsinə dair razılığa gəliblər.
Teleqraf xəbər verir ki, bu barədə Almaniya Nazirlər Kabineti məlumat yayıb.
Qeyd edək ki, mayın 19-da Putinlə Tramp arasında telefon danışığı olub.