BAKI, 19 may. TELEQRAF

Mətbuat nümayəndələri Argentina Prezidenti Xavyer Maylindən müsahibə almağa çalışarkən "C5N"in müxbirinin mikrofonu zərblə siyasətçinin üzünə dəyib.

Teleqraf xəbər verir ki, hadisə Buenos-Ayresdə prezident bələdiyyə seçkilərində səs verib məntəqədən çıxarkən baş verib.

Jurnalistdən birinin səhvən mikrofonu sifətinə vurması X.Maylini qəzəbləndirib.

– Məni qəsdən vurdun? – siyasətçi soruşdu.

Müxbir isə "xeyr" deyərək ondan üzr istəyib.