BAKI, 15 may. TELEQRAF

Rusiyalı alim Kseniya Petrova ABŞ-də qurbağa embrionlarının qaçaqmalçılığına görə həbs edilib.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyi məlumat yayıb.

"31 yaşlı Rusiya vətəndaşı Kseniya Petrova ABŞ-yə qurbağa embrionlarını və embrion nümunələrini qaçaqmalçılıq yolu ilə gətirməyə cəhd ittihamı ilə həbs edilib", - Massaçusets ştatının Ədliyyə Nazirliyinin bəyanatında deyilir.

Rusiyalı alim Parisdən uçub gəldiyi Boston hava limanında saxlanılıb. Məlum olub ki, o, Fransaya səfəri zamanı aldığı qurbağa embrionlarını bəyan etməyib. O, Luizianadakı immiqrasiya mərkəzinə yerləşdirilib.