BAKI, 15 may. TELEQRAF
ABŞ Dövlət katibi Marko Rubio Ukrayna ilə bağlı Türkiyədə gözlənilən danışıqlar fonunda Antalyaya səfər edib.
Teleqraf xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.
Qeyd edək ki, bu gün İstanbulda Rusiya və Ukrayna nümayəndələri arasında münaqişənin nizamlanması ilə bağlı görüş keçiriləcək.