BAKI, 15 may. TELEQRAF

Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə danışıqlarda Rusiyanı təmsil edəcək nümayəndə heyətinin tərkibini təsdiqləyib.

Teleqraf xəbər verir ki, bu barədə məlumat Kremlin saytında yerləşdirilib.

Bildirilir ki, nümayəndə heyətinə Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski başçılıq edəcək.

Rusiya XİN başçısının müavini Mixail Qaluzin, Rusiya Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini İqor Kostyukov və müdafiə nazirinin müavini Aleksandr Fomin də nümayəndə heyətinin tərkibində olacaq.

Qeyd edək ki, bu gün İstanbulda Rusiya və Ukrayna nümayəndələri arasında münaqişənin nizamlanması ilə bağlı görüş keçiriləcək.