BAKI, 14 may. TELEQRAF

Rusiya Prezidenti Vladimir Putin sabah Türkiyədə Ukrayna ilə danışıqlarda Moskva nümayəndə heyətinin tərkibini açıqlamayacaq.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Putin ehtimal ki, İstanbulda keçiriləcək görüşdə Rusiya nümayəndə heyətinin tərkibini açıqlamayacaq”,- o qeyd edib.