BAKI, 13 may. TELEQRAF
NATO hərbi doktrinasını köklü şəkildə dəyişdirməyi planlaşdırır.
Teleqraf “Business Insider” nəşrinə istinadən xəbər verir ki, əsas səbəb Ukrayna münaqişəsindən çıxarılan dərslərdir.
Qərb ekspertlərinin fikrincə, Ukrayna müharibəsi "müasir müharibənin laboratoriyası"na çevrilib və təcili islahatların zəruriliyini nümayiş etdirib. Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Valeriy Zalujnıy Londonda çıxışı zamanı bildirib ki, alyans pilotsuz uçuş aparatlarının (PUA) inteqrasiyası və ucuz yüksək texnoloji silahlara kütləvi keçid də daxil olmaqla, yanaşmaların tam yenidən nəzərdən keçirilməsinə ehtiyac duyur.
"NATO bahalı sistemləri dronlar kimi əlçatan həllərlə birləşdirməlidir ki, rəqabət qabiliyyətini qoruyub saxlaya bilsin", - nəşr yazır.