BAKI, 1 may. TELEQRAF
Londonda Kiyev və Avropa ölkələrinin nümayəndələri ilə görüşdə Birləşmiş Ştatlar Ukraynadakı münaqişənin sülh yolu ilə həlli üçün 22 şərt təklif edib.
Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq deyib.
Onun sözlərinə görə, Ukrayna tərəfi bu şərtlərlə razılaşıb.
Kelloq vurğulayıb ki, Kiyev və Avropa nümayəndələri sülh razılaşmasına gətirib çıxara biləcək və ən azı 30 gün davam edəcək tam atəşkəsdə maraqlıdırlar.