BAKI, 1 may. TELEQRAF
Avropa Birliyi sülh danışıqlarından çıxacağı təqdirdə Rusiyaya qarşı sanksiyaların "B" planını hazırlayır.
Teleqraf xəbər verir ki, bu barədə "Financial Times"a müsahibəsində Avropa İttifaqının diplomatiya üzrə rəhbəri Kaya Kallas danışıb.
Onun sözlərinə görə, ABŞ hazırda sazişdən çıxıb-çıxmamaq barədə düşünür: "Bununla belə, Avropa mövcud şəraitə əsaslanaraq hərəkət etməlidir".