BAKI, 26 aprel. TELEQRAF

Rusiya Prezidenti Vladimir Putinə Kursk vilayətinin Ukrayna Silahlı Qüvvələrindən tam azad edildiyinə dair rəsmi məruza olunub.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

Onun sözlərinə görə, Silahlı Qüvvələrin Baş Qərargah rəisi Valeri Gerasimov azadetmə əməliyyatının başa çatdığını Putinə məruzə edib.