BAKI, 18 aprel. TELEQRAF

Ukraynada mülki vətəndaşlar üçün hərbi təlimlər başlayır.

Teleqraf xəbər verir ki, bu barədə məlumat Ukrayna Prezidenti Volodimir Zelenskinin ofisinin rəsmi saytında dərc olunub.

Məlumata görə, ölkənin bütün regionlarında vətəndaşların milli müqavimətə hazırlığı üçün xüsusi təlim mərkəzləri fəaliyyətə başlayacaq.

Mərkəzlərin rəhbərləri hərbi administrasiyaların təqdimatı əsasında vilayət şuraları tərəfindən təyin olunacaq. Hərbi hazırlıq proqramının ümumi modelini isə ərazi müdafiə qüvvələri müəyyən edəcək.

Sözügedən təşəbbüsün genişmiqyaslı hərbi təhdidlər fonunda həyata keçirildiyi qeyd olunub.

Xatırladaq ki, bundan əvvəl Ukrayna vətəndaşlarının, o cümlədən bütün qadınların hərbi xidmət keçməli olduğu, əks halda bəzi hüquqlardan məhrum ediləcəkləri bildirilib.