BAKI, 18 aprel. TELEQRAF

ABŞ və Ukrayna nümayəndə heyətləri arasında faydalı qazıntılarla bağlı saziş üzrə növbəti danışıqlar aprelin 24-də başlayacaq.

Teleqraf xəbər verir ki, bu barədə Ukraynanın iqtisadiyyat nazirinin müavini, ölkənin ticarət nümayəndəsi Taras Kaçka “Rada” telekanalına verdiyi açıqlamada bildirib.

"Aprelin 24-də yeni danışıqlar raundu başlayacaq. Hazırda biz paralel olaraq ABŞ və Ukrayna tərəfinin hüquq komandaları ilə birlikdə çalışırıq. Məqsədimiz texniki məsələlərin əksəriyyətini onlayn və yazılı şəkildə həll edib, yalnız siyasi qərar tələb edən ən həssas məsələləri gündəmdə saxlamaqdır", – o qeyd edib.