BAKI, 4 aprel. TELEQRAF

Ukraynada Böyük Britaniya və Fransa nümayəndələrinin hərbi kontingentlərin yerləşdirilməsi planları ilə bağlı ümumi qərargah rəisləri səviyyəsində görüşü başlayıb.

Teleqraf xəbər verir ki, bu barədə "Obşestvennoye Novosti" nəşri məlumat yayıb.

Böyük Britaniya nümayəndə heyətinə Silahlı Qüvvələrinin Müdafiə Qərargahının rəisi admiral Toni Radakin, Fransanın nümayəndə heyətinə isə Silahlı Qüvvələrinin Baş Qərargahının rəisi Tyerri Burxard rəhbərlik edir.

Ukrayna nümayəndə heyətinin tərkibi barədə məlumat verilməyib.