BAKI, 22 mart. TELEQRAF

"Vladimir Putinlə onun serbiyalı həmkarı Aleksandr Vuçiç arasında görüş mayın 9-da Moskvada baş tutacaq".

Teleqraf xəbər verir ki, bunu Rusiya Prezidenti Administrasiyası rəhbərinin müavini Maksim Oreşkin yerli mətbuata bildirib.

Qeyd edək ki, Oreşkin hazırda Serbiyada səfərdədir. O, Rusiya və Serbiya nümayəndə heyətləri arasında danışıqlarda iştirak edib.

“Çox mühüm ildir, Qələbənin 80 illiyidir. Keçən ilin oktyabrında burada Belqradın azad edilməsi qeyd olundu, çox böyük bayram idi" - Oreşkin deyib.

O, Vuçiçin Moskvaya səfəri zamanı Putinlə görüşəcəyini vurğulayıb.