BAKI, 22 mart. TELEQRAF

CHP sədri Özgür Özəlin çağırışı ilə küçələrə çıxan insanlar polislərə hücum ediblər.

Teleqraf xəbər verir ki, İstanbul Böyükşəhər Bələdiyyə sədri Əkrəm İmamoğlunun saxlanması ilə bağlı keçirilən nümayişlərdə 3 polis yaralanıb.

Bildirilir ki, polis qrupa dağılışmaq üçün xəbərdarlıq edən zaman təxribatçılardan bəziləri onlara daş atıblar.

Nəticədə 3 polis yaralanıb. Hadisə yerinə gələn həkimlər yaralı polislərə tibbi yardım göstərib.