
BAKI, 21 mart. TELEQRAF
ABŞ dövlət katibi Marko Rubio Argentinanın keçmiş prezidenti Kristina Fernandes de Kirşnerin sanksiya siyahısına salındığını açıqlayıb.
Teleqraf xəbər verir ki, o həmçinin Argentinanın keçmiş planlaşdırma naziri Xulio de Vidonun da sanksiyalara məruz qalacağını bildirib.
Rubio bildirib ki, onlar korrupsiyada iştirak etdiklərinə görə sanksiya siyahısına salınıblar.
Keçmiş prezident Fernandes de Kirşnerə qarşı 2019-cu ildə başlayan korrupsiya işi 2022-ci ildə yekunlaşıb.