BAKI, 20 mart. TELEQRAF

Türkiyənin bir neçə televiziya kanalı İstanbul şəhərinin meri Əkrəm İmamoğlu ilə bağlı yayıma görə cəzalandırılıb.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyənin Radio və Televiziya Ali Şurasından (RTÜK) bildirilib.

Məlumata görə, “NOW TV”, “Sözcü TV”, “Halk TV” və “TELE1” kanallarına ümumi gəlirlərinin 3 faizi qədər cərimə kəsilib.

Bundan əlavə, “Halk TV” və “Sözcü TV”yə üç proqramın yayımını dayandırmaq cəzası da tətbiq edilib.