BAKI, 8 mart. TELEQRAF

Serbiyada etirazlar zamanı respublikanın mədəniyyət naziri Nikola Selakoviçə hücum edilib.

Teleqraf xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandr Vuçiç "İnstagram" səhifəsində paylaşım edib.

"Hücum edənlər demokratiya haqqında düşüncələrini və fərqli düşünən insanlara münasibətlərini ortaya qoydular", - Vuçiç bildirib.

Serbiya lideri əlavə edib ki, ölkədə sülhü qorumaq lazımdır.