BAKI, 18 fevral. TELEQRAF

"Rusiya Serbiyaya sabitliyin qorunmasında yardım göstərməyə davam etməyə hazırdır".

Teleqraf xəbər verir ki, Rusiya Təhlükəsizlik Şurasının mətbuat xidmətinin məlumatına görə, bu barədə Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Serbiya hökumətinin baş nazirinin müavini Aleksandr Vulinlə görüşdə bildirib.

“Rusiya tərəfi sabitliyin qorunmasında qardaş Serbiya xalqına dəstəyi davam etdirməyə hazır olduğunu bildirib”, - məlumatda deyilir.

Xatırladaq ki, ötən il dekabrın sonunda Serbiyanın baş nazirinin müavini Aleksandr Vulin iddia edib ki, getməzdən əvvəl ABŞ prezidenti Co Baydenin administrasiyası Belqrada anti-Rusiya sanksiyaları məsələsində təzyiq göstərməyə cəhd edib.