BAKI, 16 fevral. TELEQRAF
Argentinada müxalif “Vətən Naminə İttifaq” partiyası ölkə prezidenti Xavyer Maylinin kriptovalyuta ilə bağlı paylaşımından sonra ona qarşı impiçment proseduruna başlamaq qərarına gəlib.
Teleqraf xəbər verir ki, bu barədə partiya "X" sosial şəbəkəsindəki səhifəsində məlumat verib.
“Deputatlar bloku prezidentin impiçmenti ilə bağlı təkliflə çıxış edəcəklər”, - bəyanatda deyilir.
Partiya üzvləri Maylinin "X"də kriptovalyuta haqqında məlumat dərc etməsini “görünməmiş qalmaqal” adlandırıblar.
Qeyd edək ki, cümə axşamı Mayli sosial şəbəkədə "kriptovalyutadan istifadə etməklə kiçik və orta biznesə investisiya cəlbi" mövzusunda məlumat yerləşdirib.
Prezidentin paylaşımından sonra layihədə istifadə edilən kriptovalyutanın dəyəri 5 dollara yüksəlib.