BAKI, 14 fevral. TELEQRAF

Fransa sülhməramlıları Birləşmiş Millətlər Təşkilatının (BMT) Livandakı Müvəqqəti Qüvvələri (UNIFIL) tərkibində İsrailin təhlükəsizlik üçün təhdid kimi gördüyü Livanın cənubundakı strateji nöqtələrdə yerləşdirilə bilər.

Teleqraf xəbər verir ki, bu barədə "Al Akhbar" qəzeti məlumat yayıb.

“Fransa hökuməti bu təşəbbüslə çıxış edib, çünki Livan atəşkəs müqaviləsinin müddətinin başa çatdığı zaman fevralın 18-də İsrailin sərhəd ərazilərindəki hərbi qüvvələrinin qalmasının vaxtını uzatmağa razı olmayıb”, - məlumatda deyilir.

Bundan əlavə, BMT-nin baş katibi Antonio Quterreş Parisin təşəbbüsünü dəstəkləyib.