
BAKI. 10 fevral. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Kanadanı "yararsız ölkə" adlandırıb.
Teleqraf xəbər verir ki, o, bu barədə "Fox News" müsahibəsində danışıb.
"Düşünürəm ki, Kanada üçün 51-ci ştat olmaq daha yaxşı olardı. Biz Kanadaya görə ildə 200 milyard dollar itiririk və mən bunun davam etməsinə icazə verməyəcəyəm. Bu, çox rəqəmdir. Nəyə görə biz hər il Kanadaya 200 milyard dollar subsidiya ödəməliyik? Əgər onlar 51-ci ştat olsaydılar, mən bunun əleyhinə olmazdım", - o deyib.
Tramp əlavə edib ki, Kanada müdafiəyə çox az pul xərcləyir: "Onlar tamamilə etibarsızdırlar, çünki onları qoruyacağımızı güman edirlər. Əgər yardımı dayandırsaq, tariflər tətbiq etməklə onların avtomobil istehsalına zərbə vursaq, onlar tam yararsız ölkə olacaqlar", - deyə Tram bildirib.