ABŞ Prezidenti Donald Tramp Kanadanın ABŞ-ə 51-ci ştat kimi qoşulmağa razılaşacağı təqdirdə ona çox əhəmiyyətli vergi güzəştləri ediləcəyini bildirib.

Teleqraf.com xəbər verir ki, bu barədə Amerika lideri Şimali Karolinada səfərdə olarkən jurnalistlərə bildirib.

“Kanadanın 51-ci ştat olmasını istərdim. Kanada vətəndaşları, əgər bu baş verərsə, çox böyük vergi güzəştləri əldə edəcəklər, çünki onlar indi çox vergi yükü altındadırlar”, - Ağ Evin rəhbəri bildirib.

Tramp əlavə edib ki, Kanada ABŞ-ə qoşularsa, kanadalılar artıq hərbi məsələlərlə bağlı narahat olmayacaq və vətəndaşlar da daha yaxşı tibbi xidmət alacaqlar.