Kvebek əyalətinin Kanadadan ayrılması ABŞ prezidenti Donald Trampın ərazi iddialarının gerçəkləşməsini asanlaşdıra bilər.

Teleqraf.com xəbər verir ki, bu barədə Amerikanın “The Hill” nəşri yazır.

“Tramp Kvebekin müstəqillik istəyindən ABŞ-nin mövqeyini irəli sürmək üçün istifadə edə bilər. Birləşmiş Ştatlar Kvebekin müstəqilliyinə razılaşarsa, əyalət Amerikanın Kanada ilə bağlı planlarını dəstəkləyə bilər”, - məqalədə deyilir.

Müəlliflər qeyd ediblər ki, Kanadanın ABŞ-ə qoşulması Vaşinqtonu həm iqtisadi, həm də hərbi cəhətdən gücləndirməyə imkan verəcək. Eləcə də, ABŞ Arktika bölgələrinə çıxış əldə edəcək.