"Düşmənlər ordumuzun əsl gücünə bələd deyil".

Teleqraf.com xəbər verir ki, bunu İran ordu komandanı Əbdülrəhim Musəvi deyib.

O bildirib ki, İranın yeraltı PUA bazası var və bunun barəsində məlumatlar gizli saxlanılır.

“Biz bütün hərbi gücümüzü göstərməmişik və düşmənlər bir çox şeylərdən məlumatsızdırlar", - deyə Musavi əlavə edib.