Dəməşq və Moskvanı strateji maraqlar birləşdirir.

Teleqraf.com xəbər verir ki, bunu Suriyadakı yeni hakimiyyətin lideri Əhməd əl-Şaraa "Əl-Ərəbiyyə" telekanalına müsahibəsində deyib.

O, iki ölkə arasında münasibətlərə xələl gəlməsini istəmədiyini diqqətə çatdırıb:

"Biz Rusiyanın Suriyadan bu iki ölkə arasındakı münasibətlərə uyğun gəlməyən bir şəkildə çıxmasını istəmirik”.