Estoniya “Gürcü Arzusu” partiyasının fəxri sədri Bidzina İvanişvili və daha 27 şəxsə sanksiya tətbiq edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Estoniyanın xarici işlər naziri Marqus Tsaxna “X” hesabında yazıb.
O qeyd edib ki, buna səbəb həmin şəxslərin Gürcüstanda qanuni etirazları yatıraraq insan hüquqlarının pozulmasında iştirak etmələridir.
“İvanişvilinin Gürcüstanda demokratik proseslərə zərbə vurmasının bədəlini ödəməyin vaxtı çatıb”, - XİN başçısı yazıb.
Qeyd edək ki, ABŞ da Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasının fəxri sədri Bidzina İvanişviliyə sanksiya tətbiq edib.