Bu gün Brüsseldə Avropa İttifaqının (Aİ) liderləri görüş keçirəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə Avropa Şurasından bildirilib.
“Konkret hadisələr fonunda Aİ liderləri spesifik xarici siyasət məsələlərini, o cümlədən Gürcüstan və Moldovadakı hadisələri müzakirə edə bilərlər”, - məlumatda deyilir.
Aİ liderləri bugünkü görüşdə Ukrayna, Yaxın Şərq, miqrasiya və xarici siyasətlə bağlı digər məsələlərin də müzakirəsini aparacaqlar.
Görüşə Ukrayna prezidenti Volodimir Zelenski də dəvət olunub.