Türkiyənin İsparta vilayətində hərbi helikopter yanacaqdoldurma məntəqəsinin yaxınlığında qəzaya uğrayıb.

Teleqraf.com xəbər verir ki, İsparta valisi Abdullah Emin biri general olmaqla, 6 hərbi personalın şəhid olduğunu açıqlayıb.

Qəza təlim uçuşları zamanı iki helikopterin toqquşması nəticəsində baş verib.

Hadisə yerinə yanğınsöndürmə və xilasetmə qrupları cəlb edilib.

Qəza vilayətin Keçiborlu rayonunda baş verib.