ABŞ məhkəməsi TikTok sosial şəbəkəsinə nəzarətin Amerika şirkətinə verilməsi tələblərini dəstəkləyib.

Teleqraf.com xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

“Birinci Düzəliş ABŞ-da söz azadlığını qorumaq üçün yaradılmışdır. Belə olan halda, hökumət həmin azadlığı xarici təhlükədən qorumaq və ABŞ vətəndaşları haqqında şəxsi məlumat toplamaq imkanlarını məhdudlaşdırmaq üçün tədbirlər görür”, - məhkəmə bildirib.

Beləliklə, Vaşinqtondakı apellyasiya məhkəməsi "TikTok"un sahibi olan şirkətin hakimiyyətin sosial şəbəkəyə nəzarəti Amerika şirkətinə ötürmək qərarına qarşı iddialarını rədd edib.