ABŞ vətəndaşlarının dörddə üçündən çoxu (76 faiz) Rusiyanın Ukraynaya nüvə hücumu edə biləcəyinə inanır.

Teleqraf.com xəbər verir ki, belə bir qənaətə mövzu ilə bağlı soğru keçirən ABŞ-ın Ronald Reyqan İnstitutu gəlib.

Həmçinin sosioloqların fikrincə, Rusiyanın ABŞ-a nüvə hücumu ehtimalı amerikalıların 70 faizini narahat edir.

Tədqiqatın müəllifləri bunun 2021-ci illə müqayisədə 10 faiz çox olduğunu göstərirlər.