"Tayvan Ukraynadakı münaqişədən ibrət dərsi alıb".

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bunu Slovakiyada keçirilən Tayvan Forumunda çıxışı zamanı Tayvan XİN rəhbərinin müavini Vu Çjiçjon deyib .

"Tayvan Rusiya və Ukrayna arasındakı münaqişədən dəyərli dərslər aldı və Ukraynanın tətbiq etdiyi asimmetrik strategiya bizə vacib açıqlamalar verir" - Vu Çjiçjon bildirib.

Vu Çjiçjon Ukraynaya beynəlxalq dəstəyin kritik əhəmiyyətli olduğunu və Tayvanın gələcək inkişafına dərin təsirini qeyd edib.