Serbiyada heç vaxt zorakılıqla hakimiyyət dəyişikliyi olmayacaq.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandr Vuçiç deyib.

O qeyd edib ki, ölkəsi həm daxili müxalifət, həm də xarici qüvvələr tərəfindən hakimiyyətin zorakılıqla ələ keçirilməsinin qarşısını almaq üçün kifayət qədər yetkindir.