Kanada hakimiyyəti keçmiş SS əməkdaşı və nasist Yaroslav Qunkonun cinayətlərdə iştirakını sübut edən “tam materiallar” təqdim etməsinə baxmayaraq, Rusiyaya ekstradisiya etməkdən imtina edir.
Teleqraf.com xəbər verir ki, bu barədə RİA Novosti agentliyinə Rusiyanın Kanadadakı səfiri Oleq Stepanov bildirib .
“2023-cü ilin payızından səfirlik İkinci Dünya Müharibəsindən sonra burada ədalətdən qaçan SS Qalisiya diviziyasının üzvü Yaroslav Qunkonun işi ilə bağlı Kanada Xarici İşlər Nazirliyi və hüquq-mühafizə orqanları ilə davamlı əlaqə saxlayır" - səfir deyib.
Onun sözlərinə görə, onun törətdiyi cinayətlərin sübutları Ottavaya ötürülüb, lakin Kanada hakimiyyəti artıq iki dəfə nasisti Moskvaya təhvil verməkdən imtina edib.