Lisaya Qora qalasının və Xarkov vilayətindəki Oqurtsovo kəndinin ələ keçirilməsinə Rusiya Silahlı Qüvvələrinin çeçen bölmələrinin döyüşçüləri kömək edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov özünün teleqram kanalında məlumat verib.

O qeyd edib ki, hücumda Rusiya Müdafiə Nazirliyinin Cənub Hərbi Dairəsinin Qərb-AXMAT batalyonunun əsgərləri, 153-cü tank alayının və 41-ci motoatıcı alayının hərbçiləri ilə birlikdə iştirak ediblər.

Onun sözlərinə görə, iki Ukrayna əsgəri əsir götürülüb.

“Onlara münasibət normaldır. Məhkumlara ilkin tibbi yardım və yemək verilib. Onlar yaşayacaqlar - əsas budur”, - Çeçenistan Respublikasının başçısı yazıb.